Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, 26 yaşlı vinger Niderland təmsilçisi "Volendam"a keçib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu mövsüm elitaya vəsiqə qazanan "Volendam" milli üzvü ilə 1+1 illik müqavilə bağlayıb.


Ozan Can Kökçü buna qədər Finlandiyada HJK komandasının formasını geyinirdi. O, sözügedən klubu bir müddət öncə azad agent kimi tərk etmişdi.