Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız İspaniyada təşkil olunan 2-ci tur çərçivəsində Şimali Makedoniya ilə üz-üzə gəlib.

Görüş Faiq Qarayevin yetirmələrinin üstünlüyü ilə keçib. Yığmamız 3 set davam edən görüşdə rəqibini quru hesabla məğlub edib.

Qeyd edək ki, millimiz növbəti oyununu sabah meydan sahibi İspaniyaya qarşı keçirəcək.

Avropa Liqası 

13 iyun

   Azərbaycan - Şimali Makedoniya 3:0 (25:13, 25:15, 25:18)