Millimiz iki yoxlama oyununda Yunanıstanı məğlub etdi
- 10:31
- 34
Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstan yığması ilə yoxlama oyunları keçirib. "Rekord.az" xəbər verir ki, qarşılaşmalar voleybolçularımızın Afinada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutub.
Faiq Qarayevin rəhbərlik etdiyi komandamız Yunanıstan yığması ilə iki oyun oynayıb. Hər iki görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz qitə birinciliyinə hazırlığın son mərhələsini Bakıda keçəcək.
Yoxlama oyunu (Afina, Yunanıstan)
Azərbaycan - Yunanıstan 3:1 (25:17, 25:17, 21:25, 26:24)
Azərbaycan - Yunanıstan 3:1 (25:15, 25:23, 19:25, 25:18)