Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.


Rekord.az xəbər verir ki, millimiz bu gün Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb.


Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.


Millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.