Millimiz FİFA reytinqində irəlilədi
- 18:30
- 38
Azərbaycan milli komandası FİFA reytinqində üç pillə irəliləyib.
Rekord.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.
Azərbaycan millisi ötən ay “FİFA Series–2026” beynəlxalq turnirinin qalibi olub.
Reytinq siyahısının ilk pilləsində Fransa millisi (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncü sıradadır.