"Migəçevir"də görüş: pul yox, söz verildi
- 15:00
- 40
I Liqa təmsilçisi "Mingəçevir"də rəhbərliklə baş məşqçi arasında görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüşdə klubdakı maliyyə durumu, futbolçulara olan borcların ödənilməsi müzakirə olunub.
Rəhbərlik baş məşqçi Ramiz Məmmədova söz verib ki, yanvar ayının 10-a kimi bütün borclar ödəniləcək. Məmmədov da rəhbərliyin sözünü futbolçulara çatdırıb. İndi hamı ayın 10-nu gözləyir. Transferlərlə bağlı qərarlar da həmin tarixdən sonra veriləcək.