Futbol üzrə Paraqvay I Divizionunun "Sol de Amerika" - "Quarani Asunsyon" oyununda maraqlı hadisə baş verib.

Rekord.az xəbər verir ki, qarşılaşmanın startı meydanda itin yuxuya getməsi səbəbindən gecikib.

Tribunalara toplaşan azarkeşlər xeyli səs-küy salsalar da, heyvan yuxudan ayılmayıb. Oyun it oyanıb meydançanı tərk etdikdən sonra başlayıb.

Qeyd edək ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.