“Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik” - Rəşad Sadıqov
- 16:00
- 33
"Zirə" "Payde" ilə matçda mərhələni keçmək üçün əlindən gələni edəcək.
Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.
"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə udizmuşuq. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq", - mütəxəssis vurğulayıb.
O, rəqibin zəif olmadığını bildirib:
"Burada elə-belə rəqib olmur. "Payde" də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.