AFFA Həvəskarlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, Sumqayıt təmsilçisi "Məhəllə Uşaqları" növbəti dəfə qələbə qazanıb. Orxan Abdullayevin yetirmələri Mingəçevirin "Ulduz" komandasını böyük hesabla məğlub ediblər - 6:1.


Sumqayıt təmsilçisinin qollarına Bayram Nurizadə (3), Məhəmməd Alıyev, Kamran İsmayılov və Nicat Məmmədov imza atıblar.


Cavab qarşılaşması 1 həftə sonra Mingəçevirdə keçiriləcək. "Məhəllə Uşaqları"nın media dəstəkçisi "Rekord.az" idman-xəbər saytıdır.