Mahirli “Rakuv” Konfrans Liqasında mərhələ adladı
- 00:36
- 38
Azərbaycanlı futbolçu Mahir Emreli “Rakuv”da növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Polşa klubu bu gün Konfrans Liqasının 2-ci təfniat mərhələsinin cavab oyununda Malta “Valletta”sının qonağı olub.
Mahirin komandası 4:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib. Emreli görüşün 68-ci dəqiqəsində meydana buraxılıb.
“Rakuv” bu rəqibini ilk oyunda da 3:1 hesabıyla məğlub etmişdi.