Lui van Qal “Ayaks”dan ayrıldı
- 19:00
- 40
Niderlandın "Ayaks" klubu əfsanəvi məşqçi Lui van Qalın komandadan ayrıldığını elan edib.
Rekord.az Amsterdam təmsilçisinə istinadən xəbər verir ki, mütəxəssis 2023-cü ildən klubun Müşahidə Şurasında futbol məsələləri üzrə məsləhətçi kimi çalışırdı.
Qeyd edək ki, 74 yaşlı mütəxəssis karyerası ərzində İspaniyanın "Barselona", Almaniyanın "Bayern" və İngiltərənin "Mançester Yunayted" klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.