"Levante"nin futbolçusu Yamalın rekordunu yenilədi
- 19:00
- 38
"Levante"nin müdafiəçisi Mark Santos İspaniya La Liqasında debüt edərək "Barselona"nın vingeri Lamin Yamalın rekordunu təzələyib.
Rekord.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın U-16 millisinin üzvü I turun "Espanyol"a qarşı matçının (0:3) 64-cü dəqiqəsində İvan Romeronu əvəzləyib.
15 yaş 288 günlüyündə oyuna qoşulan sol cinah müdafiəçisi klub tarixinin ən gənc debütantı olmaqla yanaşı, L.Yamalın göstəricisini 2 gün üstələyib.
M.Santos bununla 1933-cü ildə "Donostia"nın heyətində eyni yaşda debüt etmiş Pedro İrastorsa ilə birlikdə La Liqa tarixinin ən gənc 3-cü oyunçusu ünvanına şərik olub. Turnirin mütləq rekordçusu 2019/2020 mövsümündə "Malyorka"nın formasında 15 yaş 219 günlüyündə meydana çıxan Luka Romerodur. İkinci sırada isə 1939/1940 mövsümündə "Selta"da 15 yaş 255 günlüyündə debüt edən Sanson qərarlaşıb.
Qeyd edək ki, L.Yamal XXI əsrdə La Liqa matçına əsas heyətdə çıxan ən gənc futbolçu (2023-cü ildə 16 yaş 38 günlüyündə) ünvanını qoruyur.