Letiçin dostu, İliçin yerlisi: "O, çox güclü məşqçidir"
- 12:00
- 99
"Baku Sportinq"in serbiyalı yarımmüdafiəçisi Luka Stevanoviç Bizon Azərbaycan kubokunun "Şamaxı" ilə matçından (0:1) sonra Rekord.az-a müsahibə verib:
- Öncə oyunla bağlı təəssüratlarını öyrənək...
- Çox yaxşı oynadıq. Rəqib güclü idi, yüksək liqanın komandası idi. Buna baxmayaraq, epizodlarımız oldu. Son dəqiqədəki epizod mənə görə penaıti idi. Hər halda, mən belə düşünürəm.
- Necə düşünürsən, hakim nəyə görə penalti təyin etmədi? Bəlkə siz I Liqa komandası olduğunuz üçün bunu etmədi?
- Bunu deyə bilmərəm, bu, hakimin işidir. Mən yalnız öz fikirimi deyə bilərəm ki, 100 faiz penalti idi. Hər halda, bu futboldu, həyatdı.
- Kubokda mübarizəni dayandırdınız. Bundan sonrakı "Baku Sportinq"i necə görürsən? Qarşısınıza Premyer Liqaya vəsiqə həfəfi qoyulub?
- Əlbəttə, bunun üçün potensialımız da var. Hər şey öz əlimizdədir. Qarşıda bizi "Şahdağ"la oyun gözləyir. Daha sonra "Şİmal"la qarşlaşacayıq. Ardınca isə "Zaqatala" ilə matçımız olacaq. Oyundan oyuna yalnız qələbə haqda düşünürük.
- Premyer Liqa komandasına qarşı oynadınız və öz potensialınızı da gördünüz. "Baku Sportinq" həmin komandalarla başabaş oynya bilər?
- Əlbətdə, biz öz oyunumuzla bunu sübut elədik. Yanvarda bir neçə yeni futbolçu transferi də olsa, komanda tam hazır olacaq. Amma belə götürəndə elə indi də hazırdı.
- Şəxsən sən özün özünü I Liqada necə hiss edirsən?
- Çox yaxşı.
- I Liqada oynamağını nəzərdə tuturam.
-- Normaldı hər şey. Düzdür, mən onsuz istər Serbiyada, istərsə də Belarusda yüksək liqa klublarında oynamışam. Amma bura da artıq uyğunlaşmışam.
- Daha öncə Azərbaycanın yüksək liqa komandalarınıən hansısa birindən təklif almamısan?
- Xeyr, heç vaxt belə bir şey olmayıb.
- I Liqada oynamağa səni nə məcbur etdi, bura hansı perspektiv gördün?
- İlk növbədə komandanın iddiası. Çünki hədəf Premyer Liqaya vəsiqədir. Mən özüm də yüksək liqada oynamağı çox istəyirəm.
- Səndən əvvəl də ölkəmizdə xeyli serb futbolçu oynayıb, hazırda da oynayır. Onlardan tanıdıqların var?
- Əlbəttə. Biri elə mənim dostum, "Sabah"da oynayan Letiç dostumdu. o cümlədən Miloş Bosançiçi də qeyd edərdim.
-Saşa İliç də var...
- Bəli, İliç, hazırda "Sumqayıt"ın baş məşqçisidir. Mən hələ Serbiyada olanda o, "Partizan"da forma geyinirdi. Çox güclü məşqçudir. Bu gün imkan daxilində görüşürük. Bu yaxınlarda Sumqayıta getmişdim, orda da görüşdük.
Anar XANLAROV