"Bu təşkilata nə qədər etibar etmək olar?”" Bu dəfə FİFA-nı hədəf götürdü

İspaniya La Liqasının prezidenti Xaver Tebas FİFA-nı tənqid edib.

Rekord.az xəbər verir ki, FİFA-nın saytında dünya çempionatının 4 ildən bir yox, daha tez-tez keçirilməsi ilə bağlı sorğu yerləşdirilib.

Tebas ali futbol qurumunun bu ideyasına qarşı çıxıb:

“FİFA-nın sorğusu fəaliyyəti ilə ziddiyyət təşkil edir. Bütün yaş qrupları üzrə dünya çempionatları 4 ildən bir keçirilir.

Əgər FİFA öz fəaliyyəti ilə manipulyasiya edirsə, onda bu təşkilata nə qədər etibar etmək olar?”

FİFA-nın saytında sorğu ilə bağlı yerləşdirilmiş xəbərin başlığı belədir: “Əksər azarkeşlər dünya çempionatının daha tez-tez keçirilməsinin tərəfdarıdırlar”.