Bu gün futzal üzrə Azərbaycan kubokunda 2023/24 mövsümünə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın qızıl və gümüş medalçıları - “Araz-Naxçıvan” və “Baku Fire” komandaları qarşılaşacaq.

Ümumilikdə indiyə qədər 11 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15, “Marafon Futsal” 2017/18 və “Baku Fire” 2022-23-cü il mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20 mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.