
Konfrans Liqasının qalibi müəyyənləşdi
- 29 May 2025 00:58
- 84
UEFA Konfrans Liqasının qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, Polşanın Vrotslav şəhərində keçirilmiş həlledici oyunda "Betis" və "Çelsi" komandaları üz-üzə gəliblər.
"Çelsi" dəfələrlə avrokubokların qalibi olub, hətta iki dəfə Çempionlar Liqasını qazanıbsa, "Betis" tarixində ilk dəfə qitə yarışında finala çıxmışdı. Oyunda hesab erkən açılıb. "Betis" 9-cu dəqiqədə fərqlənib. Fasiləyə kimi "Çelsi"nin səyləri bəhrə verməsə də, fasilədən sonra hər şey dəyişib. "Zadəganlar" 4 dəfə fərqləniblər. Nəticədə "Çelsi" mövsümü titulla başa vurub.
Konfrans Liqası
Final
28 may
Betis – Çelsi 1:4
Qollar: A.Ezzalzuli, 9 – E.Fernandes, 65. N.Cekson, 70. C.Sanço, 83. M.Kaysedo, 90+1.