Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura yekun vurulub. Rekord.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun qalan oyunları bu gün keçirilib. “Kəpəz” doğma meydanda “Zirə”nin ikinci komandası ilə üz-üzə gəlib – 2:2. “Turan Tovuz” isə “Keşlə”nin əvəzediciləri ilə oyundan bir xalla ayrılıb.

Birinci Divizion
10-cu tur

30 noyabr

Qaradağ Lökbatan – Sabah-2 3:2
Qol: Sabir Allahquliyev, 7; 90. Həbib İsmayılov, 58 – Kamran Quliyev, 22-pen. Fərid Kərimzadə, 24.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qarabağ-2 – Zaqatala 1:1
Qol: Əli Nəcəfli, 43 – Maksud Ələkbərov, 7.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu, 14:00

Sumqayıt-2 – MOİK 0:3
Qol: İsa Zeynallı, 20-pen. Rafael Qavami, 38. Samir İbrahimov, 77-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Elman Kərimov, Emin Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00

1 dekabr

Kəpəz – Zirə-2 2:2
Qol: Emil Qasımov, 11. Nicat Süleymanov, 77 – Samir Ağayev, 26. Məhəmməd Səfərov, 34.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev
Gəncə şəhər stadionu, 14:00

Neftçi-2 – Səbail-2 2:1
Qol: Famil Camalov, 23. Emin Zamanov, 46 – Nikolas Raysel, 60.
Qırmızı vərəqə: Fərid Yusifli, 72 (“Neftçi-2”)
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
“Neftçi”nin məşq mərkəzi (4-cü meydança), 14:00

Keşlə-2 – Turan Tovuz 1:1
Qol: Elnur Süleymanov, 55 – Rövşən Şahmuradov, 31.
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov
“ASK Arena”, 14:00