"Kəpəz"də "yarpaq tökümü" davam edir.

Rekord.az xəbər verir ki, baş məşqçi Azər Bağırov və kapitan Yeqor Xvalkonun ardından Mahammadu Banın da gedişi reallaşmaq üzrədir.

Əldə etdiyimiz məlumata görə, yeni rəhbərlik malili futbolçuya yeni müqavilə təklif etməyib. Bu isə o anlama gəlir ki, Ba "Kəpəz"dən gedir. Çünki lazım olsaydı, "Turan Tovuz"la matçdan bir gün öncə baş məşqçidən xəbərsiz futbolçularıa görüşən, lazım bildiklərinə yeni müqavilə təklif edən rəhbərlik Baya da yeni müqavilə təklif edərdi.