"Kəpəz"dən avtobusla bağlı açıqlama
- 15:00
- 20
"Sabah"la oyundan sonra sosial şəbəkələrdə "Kəpəz"in avtobusu ilə bağlı xəbər müzakirələrə yol açdı.
Rekord.az xəbər verir ki, yayılan xəbərlərdə avtobusun köhnə olması və futbolçuların da bundan narazı qaldığı qeyd olunub.
Məsələ ilə bağlı Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Gəray Qiyasovun münasibətini öyrəndik. Klub rəsmisi avtobus ətrafında yayılan xəbərlərə belə münasibət bildirdi: "Mən hansısa futbolçunun avtobusdan narazı qalması haqda fikirini eşitməmişəm. Komanda iki günlük istirahətə buraxılıb. İstirahətdən sonra rəhbərliklə futbolçular arasında görüş olacaq. Narazılıqları olsa, həmin görüşdə bildirərlər. Komandanın ötən mövsüm istifadə etdiyi avtobus istismardan çıxarılıb. Hazırkı avtobus isə akademiyanın avtobusudur. Vaxtı ilə əsas komanda da bu avtobusdan istifadə edib".