"Kəpəz" klubu heyətini Olabiran Blessinq Muyiva ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.


27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. "Benito" ləqəbli futbolçunun son klubu Kipr "Akritas"ı olub.