"Kəpəz" qapıçısı Elgün Bayramovla müqavilənin müddətini uzadıb.


Bu barədə Rekord.az-a Gəncə kollektivinin mətbuat xidmətindən məlumat verilib.


23 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonuna kimi sözləşmə imzalanıb.


Elgün Bayramov ötən mövsümdə 2 oyunda "Kəpəz"in qapısını qoruyub.