"Kəpəz" "Zirə"dən ayrılan Namik Ələskərovu transfer edib.


Bu barədə Rekord.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.


Namik Ələskərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib.


2015/2016 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namik Ələskərov Azərbaycan millisinin də formasını geyinib.