"Karvan-Yevlax"dan növbəti transfer
- 18:20
- 45
"Karvan-Yevlax" Mirəli Əhmədovu transfer edib.
Rekord.az bu barədə Yevlax klubuna istinadən xəbər verir.
23 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, o, karyerası ərzində "Neftçi", "Sabah", "Şamaxı" və "Səbail" klublarının formasını geyinib.