"Karvan-Yevlax" klubu heyətini Lətif Rzayevlə gücləndirib.


Bu barədə Rekord.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.


Son olaraq "İmişli"də forma geyinən yarımmüdafiəçi ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.


Qeyd edək ki, "Karvan-Yevlax" Azərbaycan I Liqasında mübarizə aparacaq.