taliya millisinin sabiq futbolçusu Luka Toni silahlı hücuma məruz qalıb.

Rekord.az xəbər verir ki, bunu 2006-cı ilin dünya çempionunun özü açıqlayıb.

O bildirib ki, silahlılar tərəfindən qarət olunub: “Ən önəmlisi odur ki, ailəmlə bağlı qaydasındadır. Qarətçilər bizə heç nə etməyib. Üzücü olan odur ki, cinayətkarlar mənim üçün sentimental dəyərə malik əşyaları aparıblar.

Qarətin ardınca polislər gəldi. Yəqin ki, evin önündəki avtomobildən şübhələnən qonşular çağırıbmış. Mənə və ailəmə hörmətlə yanaşmağı xahiş edirəm”.

Bir müddət əvvəl belçikalı Yan Vertongen də silahlılar tərəfindən qarət olunub.