Roberto Mançini İtaliyanın futbol üzrə milli komandasının baş məşqçisi təyin edilib.


Rekord.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.


61 yaşlı mütəxəssis 2018-2023-cü illərdə də ölkəsinin yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Avropa çempionatının qalibi olub.


Qeyd edək ki, Roberto Mançini ötən mövsüm Qətərin "Əl-Sədd" komandasına rəhbərlik edib.