İngiltərə Premyer Liqası klubu "Qarabağ"ın futbolçusunu hədəfə alıb! - ÖZƏL
- 27 Avq 2025 16:00
- 732
Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalan "Qarabağ"ın futbolçuları "Böyük beşlik" ölkələri klublarının diqqət mərkəzinə düşüb. Xüsusilə gənc yerlilərə maraq var.
Onlardan biri Hikmət Cəbrayılzadədir. "Rekord.az"-ın etibarlı mənbədən aldığı məlumata görə, 18 yaşlı yarımmüdafiəçinin xidmətlərində "Brayton" maraqlıdır. Həmişə müxtəlif ölkələrdən gənc futbolçuları heyətinə cəlb etməklə tanınan bu klub, istedadlı futbolçumuzun çıxışını yaxından izləməyə başlayıb.
ÇL-də oynayan "Qarabağ"da şans qazanması Hikməti bir addım önə atıb. İngilislər hələ ki rəsmi təklif göndərmək fikrində deyillər. Klub Cəbrayılzadəni izləmək, duruma görə qışda bir də bu məsələyə qayıtmağı planlaşdırır.