“Sabah” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında avqustun 11-də Danimarkanın “Orhus” komandasını qəbul edəcək.


Rekord.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Konfransda komandanın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniça da fikirlərini bölüşüb:


“Biz həqiqətən də səfərdə yaxşı çıxış etdik. Rəqibin cərimə meydançasından kənarda iki şansı oldu və fərqləndilər. Səfərdə çox yaxşı oynadıq. Özümüzə inanırıq. Qarşıdakı oyuna səfərdəkindən də yaxşı hazırlaşmışıq. Oyun əlavə vaxta qədər uzana da bilər. Amma inanıram ki, sabah mərhələni keçən tərəf biz olacağıq”.


“Sabah” – “Orhus” matçı saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. İlk oyun danimarkalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.