"İmişli"nin Ağsuya gedişi dəqiqləşir
- 11:00
- 58
PFL yeni mövsümdən Quba Olimpiya İdman Kompleksində Premyer Liqa oyunlarının keçirilməsinə icazə verməyəcək.
Rekord.az xəbər verir ki, buna səbəb sözügedən stadionun drenaj sisteminin normal işləməməsi, payız və qışda yağan yağıntıların futbol oynamağa imkan verməməsidir.
Bu isə o anlama gəlir ki, "İmişli" ev oyunları üçün başqa stadion sifariş verəcək. Hansı stadionu? Ağsu stadionunu. Artıq bu məsələ böyük ölçüdə həllini tapıb və yaxın günlərdə AFFA ilə rəsmi müqavilə bağlanacaq.
Ağsu stadionu AFFA-nın balansındadır.