“İmişli” baş məşqçisi ilə vidalaşdı
- 17:09
- 42
“İmişli” baş məşqçisi Xorxe Kaskilya ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əyalət təmsilçisi Kaskilyanın köməkçilərindən olan Kristiano De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.
“İmişli” portuqaliyalı mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Kaskilya 2025/2026 mövsümünün əvvəlindən komandada işləyirdi.