"Kəpəz"ə yeni sponsorun gəlişi haqda məlumat vermişdik. 

Rekord.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinə yaxınlığı ilə tanınan həmin şəxslə hazırda danışıqlar davam edir.

Danışıqların müsbət yekunlaşmaq ehtimalı yüksəkdir. Əldə etdiyimiz məlumata görə, danışıqlar müsbət yekunlaşsa və sponsorun gəlişi rəsmləşsə, o zaman rəhbərlikdə də dəyişiklik olacaq. Konkret olaraq, idarə heyətinin sədri İlqar Nadiri klubu tərk edəcək və onun yerinə yeni sponsorun adamı təyin olunacaq.