
“Hypers”in futbolçusuna 5 oyunluq cəza
- 27 May 2025 16:20
- 78
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda İkinci Liqanın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kür-Araz” – “Ağdaş” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Şəmkir” – “Sheki City” oyununun fasiləsində, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilib.
“Şəmkir” – “Sheki City” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilib.
“Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Araz Saatlı” klubu 300 manat cərimə edilib.
“Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində “Hypers Guba” klubunun 9 nömrəli futbolçusu Ağabəkir Həşimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyun cəzalanıb, “Hypers Guba” komandası 300 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Hypers Guba” komandası tərəfindən ödənilib.
“Dinamo” – “Şahdağ Qusar” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar” komandası 150 manat cərimə edilib.
“Qusar” – “Şəfa” oyununun 26-cı dəqiqəsində “Qusar” klubunun 40 nömrəli futbolçusu Rüstəm Rüstəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qusar” komandası 50 manat cərimə edilib.
“Qusar” – “Şəfa” oyunu “Qusar” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilib.