Hücumçumuz millimizin qələbəsini şərh etdi
- 10:54
- 26
Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda Estoniya ilə qarşılaşıb və 3:0 hesabıyla qələbə qazanıb.
Oyundan sonra millimizin hücumçusu Yelizaveta Ruban qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Bu gün qalib gəldik. Bütün oyunçulara, azarkeşlərə, məşqçilər heyətinə, federasiyaya təşəkkürümü bildirirəm. Şadam ki, İsveçə məğlubiyyətdən sonra toparlandıq və bu gün öz oyunumuzu oynaya bildik. Hər kəsə təşəkkür edirəm. İspaniya və Şimali Makedoniya ilə oyunlarda da bizi izləyin”.