“Hədəfimiz avrokuboklardır” – Zaur İsmayılov
- 23:04
- 40
“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyət haqda bunu deyib:
“Tam iki fərqli hissə izlədik. Ardıcıl buraxılan qollar oyuna təsir etdi. Oyunçular özünə gələ bilmədi. İkinci hissə isə tamamilə fərqli oldu. Lakin yenə qollar buraxıldı. Lazımsız top itkiləri oldu. Komanda hələ tam formalaşmayıb. Rəqibin heyətində də keyfiyyətli oyunçular var, çətin rəqib olduğunu bilirdik. Fürsətlərdən istifadə etdilər və bu, bizim komandanı sındırdı. Lakin əvvəlki illərdə olduğu kimi, bu il də hədəfimiz avrokuboklardır.
Transferlərimizi, demək olar ki, tamamlamışıq. Hazırki heyətlə mübarizə aparacağıq.
Bilirik ki, qarşıda çətin rəqiblərimiz gəlir. Komandanı maksimum hazırlamağa çalışacağıq. Lakin hazırda tam formalaşma müddətini demək çətindir”.