Gürcüstan klubu Konfrans Liqasıyla vidalaşdı
- 01:21
- 27
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Apollon”, “Riqa”, ÇSKA 1948 və “Drita” komandaları rəqiblərini iki oyunun nəticəsinə əsasən üstələyərək 3-cü raunda vəsiqə qazanıblar.
Qalan oyunlar iyulun 29-da və 30-da keçiriləcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul
Apollon (Kipr) - Dila (Gürcüstan) 3:0 (ilk oyun 4:0)
Riqa (Latviya) - Vardar (Şimali Makedoniya) 5:2 (3:2)
ÇSKA 1948 (Bolqarıstan) - Spartak (Trnava, Slovakiya) 0:0, penaltilər 5:3 (0:0)
Drita (Kosovo) - Floriana (Malta) 2:1 (1:1)