Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 4-cü günündə qadın güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.


Gülxanım Şirinova (40 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz tunisli Tasmin Athimniyə “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova sabah təsəlliverici görüşə çıxacaq.


Nuray Cəfərli (46 kq) də yarışa 1/4 finaldan start verib. Həmyerlimiz macarıstanlı Vivyen Sentpalla görüşdə böyük hesabla önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib – 8:10.


Fatimə Bayramova (53 kq) israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona “tuş”la uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.


Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakitnura (2:11), Simurə Abdullayeva (69 kq) isə eyni mərhələdə qırğızıstanlı Milana Ulanovaya (6:10) məğlub olub.