“Güclü rəqibə qarşı əla oyun keçirdik”
- 14:00
- 35
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyubov təlim-məşq toplanışı çərçivəsində “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
Rekord.az xəbər verir ki, o, bunları söyləyib:
“Güclü komandaya qarşı əla oyun keçirdik. Bu, futbolçular üçün böyük təcrübədir. Çünki bir çoxu ilk dəfə belə səviyyəli rəqibə qarşı oynayırdı. Ümumilikdə matçdakı enerjimizdən və konsentrasiyamızdan razı qaldım. Qarşıda bizi çox iş gözləyir. Toplanış dönəmində keçirdiyimiz iki oyun bizə kifayət qədər faydalı oldu”.
Qeyd edək ki, Bakıda hazırlıq keçən U-21 yoxlama oyunlarında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib, “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub.