"Region Liqası"nda ikinci dövrəyə start verilib.

Rekord.az xəbər verir ki, "Füzuli" "Asu-06"-nı qəbul edib və 8:2 hesabı ilə qalib gəlib.

Bu oyunda diqqət çəkən məqam matçın Bakıda oynanılması olub. Əldə etdiyimiz məlumata görə, Füzuli Olimpiya İdman Kopleksinin meydançası bərbad vəziyyətdə olduğundan komanda Ağsu təmsilçisini Bakıda, "ASK Arena"da qəbul etməyə məcbur olub.