“Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar”
- 19:00
- 32
"Kəpəz"in futbolçuları təlim-məşq toplanışında yaxşı təsir bağışlayıblar.
Rekord.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Karvan-Yevlax"a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:
"Matç yaxşı keçdi. Bu qarşılaşmada da gənc futbolçulara və yeni transferlərə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlığına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".
"Karvan-Yevlax" - "Kəpəz" görüşündə hesab açılmayıb.