
Fransa klubundan “Anderlext”ə
- 16 Yan 2025 12:30
- 112
Fransanın “Olimpik” (Lion) klubunun futbolçusu Adrielson karyerasını Belçika çempionatında davam etdirəcək.
Rekord.az xəbər verir ki, braziliyalı oyunçu icarə əsasında sözügedən ölkənin "Anderlext" klubuna transfer olunub.
Onun yeni komandası ilə olan icarə müddəti cari mövsümün sonunda başa çatacaq.
26 yaşlı müdafiəçi son olaraq icarə əsasında ölkəsində "Botafoqo"nun şərəfini qoruyub.