Marsel “Olimpik”i baş məşqçi Həbib Beye ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayaraq əməkdaşlığa xitam verildiyini bildirib.


Həbib Beye 2026-cı ilin fevral ayından Marsel komandasını çalışdırırdı. Onun rəhbərliyi altında keçirilən 13 matçda komanda 6 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.


Başa çatan mövsümün yekunlarına əsasən, Marsel “Olimpik"i Liqa 1-in turnir cədvəlində 5-ci yeri tutub.