![photo](https://www.rekord.az/storage/uploads/5/d148815e-6a52-3ab4-bc1f-f06ed4b70007-850.jpg)
Formula 1: Daha bir məşhur musiqiçi Bakıya gəlir
- 29 Mar 2023 18:30
- 460
“Formula 1” üzrə Azərbaycan qran-prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi açıqlanmışdı.
Xatırladaq ki, Azərbaycan qran-prisi 28-30 aprelə təsadüf edəcək.