İngiltərənin "Bornmut" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ferentsvaroş"dan Aleks Totu transfer edib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalanıb.


Macarıstan klubu bu transferdən 12 milyon avro qazanıb. 


Aleks Tot "Ferentsvaroş"un yetirməsidir. Macarıstan millisinin üzvü bu mövsüm "ağ-yaşıllar"ın heyətində 25 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.