Türkiyənin "Fənərbağça" klubu Azərbaycana gələcək.

Rekord.az xəbər verir ki, növbəti mövsümə daha iddialı olmağı hədəfləyən "Turan Tovuz" rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır.

Klub rəhbərliyinin Türkiyə təmsilçisinə yoldaşlıq oyunu ilə bağlı müraciəti müsbət qarşılanıb. Klubdan da saytımıza məlumatın doğruluğu təsdiqlənib.  Son mövsümü üçüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazansa da son anda 7 il əvvəlki məsələyə görə avrokuboklardan kənarda qalan Tovuz təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi ilə qarşılaşacaq. Qeyd edək ki, ölkəmizi ilk dəfə avrpkuboklarda təmsil edən "Turan" 1994-cü ildə məhz "Fənərbaxça" ilə qaşılaşmışdı və futbol tariximizə ilk avrokubok təmsilçimiz kimi düşmüşdü. Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarix klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir