“Əsas məqsəd komandanın formadan düşməməsi idi” - Azər Məmmədov
- 23 Avq 2026 23:59
- 34
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Gəncəbasar”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 4:2 hesablı qələbə barədə bunları söyləyib:
"Çempionat artıq başlayıb və bizim 2-ci tur çərçivəsində keçirilməli olan “Qarabağ”la oyunumuz təxirə salınıb. Biz də həmin matçın yerini doldurmaq istəyirdik. Yaxşı oyun alındı. Əsas məqsəd komandanın formadan düşməməsi və qarşılaşmanı zədəsiz başa vurmaq idi. Düzdür, bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də riskə getməyib onları meydana buraxmadıq. İstirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar".