Edmond Klaus “Sabahın ulduzları”nı izləyib
- 18:00
- 19
AFFA-nın Texniki direktoru Edmond Klaus Bayıl stadionunda - Futbol İnkişaf Mərkəzində olub.
Rekord.az xəbər verir ki, niderlandlı mütəxəssis “Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışların oyunlarını stadiondan canlı izləyərək gənc futbolçuların oyununu və inkişaf potensialını müşahidə edib.
Edmond Klausun rəhbərliyi altında seleksiya qrupu U-15 Dünya Çempionatı və Festifalında iştirak edəcək milli komandamız üçün namisədlər seçir.
“Sabahın ulduzları” Bakı Kuboku AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilir. Stadion əsaslı təmirdən sonra bu mövsümdən uşaq və gənclər futbolunun istifadəsinə verilib.