“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 5-ci turunda “Vest Hem”i məğlub edib – 2:1.

Rekord.az xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində London klubu penalti qazanıb.

“Qırmızı şeytanlar”ın qapıçısı David de Xea “Vest Hem”li Mark Noblun penalti zərbəsini dəf edib və komandasının qələbəsində böyük pay sahibi olub.

De Xea 7 ildən sonra Premyer Liqa matçında penalti zərbəsini dəf edib. O, sonuncu dəfə 2014-cü ildə, “Everton”la oyunda penalti zamanı “çərçivə”ni toxunulmaz saxlamışdı. İspan qapıçı bu müddət ərzində 21 penalti zərbəsini qaytara bilməyib.