DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb.


Rekord.az xəbər verir ki, bu göstərici 1/16 final mərhələsində Fransa və İsveç yığmaları arasında keçirilən qarşılaşma zamanı qeydə alınıb.


Turnirin bununla da tamaşaçı sayı üzrə yeni rekordu rəsmiləşib. Daha əvvəl qrup mərhələsinin III turunda çempionatın oyunlarını izləyən azarkeşlərin sayı 3,6 milyonu ötərək, 1994-cü ildə ABŞ-də təşkil olunan mundiala məxsus 3 587 538 nəfərlik rekordu geridə qoymuşdu. Sonradan açıqlanan statistikaya əsasən, qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyon azarkeş stadiondan izləyib.


Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Dünya çempionatının son qalibi Argentina millisidir.