“Çox qol vurduğumuza görə şadıq” - Sxadadze
- 20:00
- 32
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Baku Sportinq"lə yoxlama görüşündə (7:1) çox qol vurduqları üçün sevinir.
Rekord.az xəbər verir ki, bunu gürcüstanlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.
O, nəticənin əhəmiyyət kəsb etmədiyini bildirib:
"Çox qol vurduğumuza görə şadıq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər. Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik".
Sxadadze iki futbolçusunun "Şamaxı" ilə matçda oynamayacağını açıqlayıb:
"Təəssüf ki, iki futbolçumuz - Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqlarından "Şamaxı" ilə matçda oynamayacaqlar. Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var".