Bakıda çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatı keçiriləcək . "Rekord.az" xəbər verir ki, 4-8 avqust tarixlərində Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışın püşkü atılıb.

Əsas mərhələnin oyunları avqustun 4-də və 5-də  keçiriləcək. Bu mərhələdə günün ilk oyunları saat 09:00-da, son qarşılaşmaları isə saat 17:00-da başlayacaq. 6 avqustda 3-cü yer uğrunda qarşılaşmalar təşkil olunacaq. Final oyunları isə avqustun 8-də baş tutacaq. 

Ölkə çempionatının qalibi olacaq komandalar 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.